Millimiz dünya çempionatına qələbə ilə başlayıb

Millimiz dünya çempionatına qələbə ilə başlayıb Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

Tehsil-press.az AFFA-nın saytına istinadən məlumat verir ki, millimiz Kolumbiyanın Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində Mərakeş yığması ilə qarşılaşıb. Futzalçılarımız 5:0 hesabı ilə qələbə qazanıb.
Oliveira Villiams De Naskimentonun het-trik etdiyi oyunda hərəyə 1 dəfə Everton Cardoso və Thiago Bolinha fərqlənib.
Millimiz dünya çempionatında növbəti oyununu sentyabrın 15-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 16 sentyabr, saat 03:00) Medellin şəhərindəki Coliseo Ivan de Bedout idman kompleksində İspaniya yığmasına qarşı keçirəcək.


Tehsil-press.az

Oxşar xəbərlər