Prezident İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir (

Prezident İlham Əliyev Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir ( Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.

MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı. Dövlət başçıları xatirə şəkli çəkdirdilər. Prezident Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşıladı. Prezidentlər birgə foto çəkdirdilər. Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi.


Tehsil-press.az

Oxşar xəbərlər