Bolqarıstan Balkan qovşağı vasitəsilə potensial qaz tədarükçüsünü açıqlayıb

Bolqarıstan Balkan qovşağı vasitəsilə potensial qaz tədarükçüsünü açıqlayıb Bolqarıstan Azərbaycanı "Balkan" qazpaylayıcı şəbəkəsi vasitəsilə əsas potensial qaz təchizatçısı kimi nəzərdən keçirir.

Tehsil-press.az-n məlumatına görə, bunu Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, tərəflər energetika, eləcə də Azərbaycan qazının Bolqarıstan üzərindən üçüncü ölkələrə tədarükü sahəsində əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçirir.


Tehsil-press.az

Oxşar xəbərlər