Əli Həsənov: İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır

Əli Həsənov: İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının yaradılması təşəbbüsünü ilk dəfə Azərbaycan dövləti irəli sürüb.

Tehsil-press.az-n məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Ə.Həsənov qeyd edib ki, İƏT-in Tehran toplantısında çıxış etdim və təklif irəli rüdüm ki, Azərbaycan dövləti bu təşkilatın yaranması ilə bağlı bütün məsələləri öz üzərinə götürməyə hazırdır, təşkilatın gələcək katibliyinin Bakıda yerləşdirilməsinə də biz hazırıq: "İslam ölkələri arasında jurnalistlərin birliyi, həmrəyliyi çox aktualdır. Bu günki konfransdan sonra konfransın niyyət protokolunu, konfrans iştirakçıları adından müraciəti İƏT-in katibliyinə göndərəcəyik, islam ölkələrinin mətbuat və informasiya nazirlərinə ünvanlayacağıq. Düşünürük ki, 2017-ci ildə Bakıda bu Assosasiyanın ilk təsis konfransını keçirək və onun katibliyini yaradaq”.


Tehsil-press.az

Oxşar xəbərlər