
Təmsilçimiz Makedoniyanın paytaxtı Skopyedəki “Boris Traykovski” adına İdman Mərkəzində Kosovo çempionu “Feniks” komandasını minimal hesabla məğlub edib. Yeganə qolu matçın 11-ci dəqiqəsində Xətai Bağırov vurub. Xatırladaq ki, “Araz” klubu ilk turda “Tbilisi Dövlət Univetsiteti” komandasını 7:1 hesabı darmadağın edib, “Feniks” isə Makedoniyanın “Jelezarets” klubu üzərində 5:0 hesablı qələbə qazanıb.
Tehsil-press.az