TƏLƏBƏLƏR BƏHRUZ KƏNGƏRLİ MUZEYİNDƏ

TƏLƏBƏLƏR BƏHRUZ KƏNGƏRLİ MUZEYİNDƏ Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbə və müəllimləri Bəhruz Kəngərli Muzeyində olublar.
Muzeyin baş fond mühafizi Nazəndə Məcidli qonaqları salamlayaraq muzeyin tarixi və eksponatlar haqqında ətraflı məlumat verib.
Bildirilib ki, tanınmış rəssam, ilk realist fırça ustası Bəhruz Kəngərlinin yaradıcılığı müstəqil dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli sərəncamına əsasən yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin təntənəli açılışı olub. Həmin mərasimdən olan fotolar, həmçinin ölkə başçısı və Muxtar Respublika Ali Məclisi Sədrinin görkəmli rəssamın 120 illik yubileyinin qeyd olunması haqqındakı Sərəncamları ilk vitrində nümayiş etdirilir.
Muzeyin fondunda ümumilikdə minə yaxın eksponat mühafizə olunur. Bunlardan 366-sı ekspzozisiyada sərgilənir. Muzeydə rəssamın 341 rəsm əsəri var. Əsərlərdən 58-i orijinaldır. 
Muzeyin ayrı-ayrı zallarında rəssamın ailəsinə və özünə məxsus şəxsi və məişət əşyaları, rəssamlıq ləvazimatları, əsər və eskizlərin fotosurətləri, büstü, heykəli və digər dəyərli eksponatlar sərgilənir. 
Məlumat verilib ki, indiki muzey binası XX əsrin əvvəllərində pedaqoji texnikum kimi fəaliyyət göstərmiş və ulu öndər Heydər Əliyev 1936-1939-cu illərdə burada təhsil almışdır. Bu səbəbdən burada dahi şəxsiyyətin həyatının müxtəlif anlarını, təhsil illərini əks etdirən rəsm və fotoların, eləcə də müxtəlif sənədlərin qorunub saxlanıldığı otaq da mövcuddur.
Tələbələr muzeydən yüksək təəssüratlarla ayrılıb. 


TƏLƏBƏLƏR BƏHRUZ KƏNGƏRLİ MUZEYİNDƏTƏLƏBƏLƏR BƏHRUZ KƏNGƏRLİ MUZEYİNDƏ

Tehsil-press.az

Oxşar xəbərlər