ADİU-da “Professorlar klubu” yaradılıb

ADİU-da “Professorlar klubu” yaradılıb Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Professorlar klubu” təsis edilib.

ADİU-dan Tehsil-press.az-a bildirilib ki, klubun məqsədi klassik və müasir elmlərin nailiyyətləri ilə bağlı fikir mübadiləsi üçün toplantılar keçirmək, istedadlı gənc alimlərə hərtərəfli dəstək vermək, respublikada və xaricdə müxtəlif elmi, mədəni-kütləvi tədbirlərdə təmsil olunmaqdır.
Kluba üzvlük könüllüdür və nəzərdə tutulan məqsədlərə həmrəy olan hər bir professor və elmlər doktorları kluba qoşula bilər.
“Professorlar klubu” maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərovun təşəbbüsü ilə yaradılıb.


Tehsil-press.az

Oxşar xəbərlər