Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə yeni metodla böyrək nəqli həyata keçirilib

Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə yeni metodla böyrək nəqli həyata keçirilib Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri böyrək transplantasiyası sahəsində daha bir yeniliyə imza atıblar.
Tehsil-press.az xəbər verir ki, xəstəxanada böyrək transplantasiyası sahəsində ilk dəfə olaraq yeni metodla böyrək nəqli həyata keçirilib. Mərkəzi Neftçilər Xəstəxanasında 5 ilə yaxındır ki, canlıdan-canlıya qaraciyər və 300-dək böyrək transplantasiyası icra olunub. Bütün böyrək əməliyyatları cüzi minimal kəsiklə, qapalı üsulla aparılıb.
Bu gün isə xəstəxananın həkimləri böyrək transplantasiyası əməliyyatını göbək dəliyi vasitəsilə aparıblar. Əməliyyatdan bir gün sonra xəstə evə buraxılıb və hazırda onun vəziyyəti yaxşıdır.

Tehsil-press.az

Oxşar xəbərlər