Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı Bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək “Formula 1” yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) virtualaz.org-a verilən məlumata görə, sürücülərə alternativ olaraq Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrindən istifadə etmələri tövsiyə olunur. Qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkəti təşkil edilib.


Tehsil-press.az

Oxşar xəbərlər