Kürdlər Putindən hərbi kömək istədi

Kürdlər Putindən hərbi kömək istədi İraq Kürdüstanı rəhbərliyi Rusiyadan hərbi və humanitar kömək istəyib.

“İzvestiya” nəşri xəbər verir ki, bu barədə Kürdüstanın xarici əlaqələr üzrə departamentinin rəhbəri Falah Mustafa Bakir Rusiya XİN rəhbərinin müavini Mixail Boqnovla görüşü zamanı bildirib.
“Biz hərbi kömək istədik. Hazırda terrorizmlə mübarizə məsələsi olduqca əhəmiyyətlidir. Çünki mübarizə məhz İŞİD-in paytaxtı uğrunda gedir”, - deyə Bakir bildirib.
Departament rəhbəri vurğulayıb ki, ölkənin müxtəlif rayonlarından İraq Kürdüstanına gələn qaçqınlara humanitar yardımın göstərilməsi də olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Moskva sorğuları öyrənir və kömək etməyə çalışacaq.

Tehsil-press.az

Oxşar xəbərlər