
Tehsil-press.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Rusiya və Azərbaycan əlaqələri tərəfdaşlıq xarakteri daşıyır: "Biz siyasi səviyyədə intensiv dialoq aparırıq, iki ölkə arasında ticari-iqtisadi münasibətlər xüsusi diqqət tələb edir".
Onun sözlərinə görə, humanitar sahədə əməkdaşlığın dinamikası da qənaətbəxşdir.
Tehsil-press.az