“Bayrağımızla zəfərə doğru!” devizi altında atıcılıq yarışı keçirilib

“Bayrağımızla zəfərə doğru!” devizi altında atıcılıq yarışı keçirilib Dövlət Bayrağı Günü münasibətilə “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin əməkdaşları arasında “Bayrağımızla zəfərə doğru!” devizi altında atıcılıq yarışı keçirilib.
MMC-dən tehsil-press.az-a bildiriblər ki, bayram münasibətilə kollektivi təbrik edən təşkilatın sədri Şahvələd Əliyev üçrəngli bayrağımızın Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə təsdiq olunduğunu qeyd edib. Vurğulayıb ki, üçrəngli bayrağın 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan edilməsi Azərbaycan tarixinə növbəti şanlı gün kimi yazılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə noyabrın 9-nun Dövlət Bayrağı Günü elan olunması, Dövlət Bayrağı Meydanının yaradılması dövlət atributlarına yüksək ehtiramın parlaq nümunəsidir.
Vurğulanıb ki, atıcılıq yarışının keçirilməsində əsas məqsəd vətəndaşları dövlət atributlarına hörmət ruhunda tərbiyə etmək, onlarda qələbəyə inam hissi oyatmaqdır.
Sonra Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra yarışa start verilib.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda cəmiyyətin əməkdaşı Niyazi Eynalov 48 ballıq nəticə ilə qalib olub. Digər əməkdaşlar - Süleyman Əlibəyov 45 balla ikinci, Surxay Həsənquliyev isə 44 balla üçüncü yeri tutub.
Yarışda fərqlənən əməkdaşlar mükafatlandırılıblar.
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər