Bakı Ali Neft Məktəbində ilk dərs Dövlət Bayrağı Gününə həsr olunub

Bakı Ali Neft Məktəbində ilk dərs Dövlət Bayrağı Gününə həsr olunub Bakı Ali Neft Məktəbində (BANM) ilk dərs Dövlət Bayrağı Gününə həsr olunub, təhsil müəssisəsinin binası üzərində Azərbaycan bayraqları asılıb.
Dərslərdə universitetin müəllimləri tələbələrə hər zaman Azərbaycanın rəsmi dövlət atributlarından biri olan bayrağımıza hörmətlə yanaşmağı, onu şərəflə uca tutmağı və dövlətçiliyimizi qoruyub saxlamağı tövsiyə ediblər.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər