Bayrağım - varlığım

Bayrağım - varlığım Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib.
Kompleksdən tehsil-press.az-a bildiriblər ki, bu təhsil müəssisəsinin müəllim və şagirdləri Dövlət Bayrağı Meydanında, o cümlədən Dövlət Bayrağı Muzeyində olublar.
Məktəblilərə dövlət bayrağının yaranması tarixi barədə ətraflı məlumat verilib.
Eyni zamanda, məktəbin foyesində şagirdlərin Dövlət Bayrağı Gününə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.

Bayrağım - varlığım


Oxşar xəbərlər