Tehsil-press.az xarici mətbuata istinadən xəbər verir ki, Misirdə ağır iqtisadi duruma etiraz edən əhaliyə qarşı polis qüvvələri və zirehli maşınlar küçəyə çıxarılıb. Qahirədə az tanınmış Yoxullar Hərəkatı cümə günü xalqı etiraz aksiyalarına çağırmışdı. Xalqdan qabaq polis şəhərin bütün açar nöqtələrini nəzarətə götürüb. Yanacağın qiymətinin qalxması, dolların məzənnəsinin azad buraxıllması əhalini nazarı salsa da sərmayədarlar, bankçılar bu addımı razılıqla qarşılayıb. Dövlət aksiyaları əngəlləmək üçün hətta metronun hərəkətinə fasilə verib. Fəaliyyəti qadağan olunmuş İxvanul-muslimin təşkilatı aksiyalara dəstək verib.
Tehsil-press.az
Tehsil-press.az