Əflatun Amaşov BDU-da olub

Əflatun Amaşov BDU-da olub Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakı Dövlət Universitetinin (BDU) jurnalistka fakültəsində olub.
Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fakültə əməkdaşlarının iştirak etdiyi görüşdə qonağı salamlayan jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.
Görüş zamanı jurnalistika fakültəsinin fəaliyyəti ilə bağlı bir sıra təkliflər səsləndirilib. Ə.Amaşov bu istiqamətdə ali təhsil müəssisələrinin iştirakı ilə qısametrajlı sənədli filmlər üzrə müsabiqələrin keçirilməsi, məktəblilər arasında yazı qaliblərinin təyin olunması, Jurnalistika fakültəsinin təsis etdiyi "Jurnalist" qəzetinin istehsal və yayımının genişləndirilməsi kimi fikirlər səsləndirib.
Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Ə.Amaşov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə edib.

BDU-nun Mətbuat Xidməti


Əflatun Amaşov BDU-da olub

Əflatun Amaşov BDU-da olub

Oxşar xəbərlər