Varşavada 18 prezidenti 6 min polis qoruyacaq

Varşavada 18 prezidenti 6 min polis qoruyacaq Varşavada iyulun 8-9-na təyin edilmış NATO-nun sammitində 18 prezident iştirak edəcək.

Bu barədə Tehsil-press.az Polşanın PAP agentliyinə istinadən xəbər verir. Sammitdə həmçinin 21 hökümət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirakı gözlənilir.
Ümumiyyətlə, sammitdə 2103 iştirakçı qeydiyyatdan keçib. 28 NATO üzvünü və tərəfdaş ölkələri 65 nümayəndə heyəti təmsil edəcək.
Beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə onlar Varşavanın Milli stadionunda yığışacaqlar. Konfrans stadionun ortasında quraşdırılmış çadırda keçiriləcək.
Sammitin işini 2 min jurnalist işıqlandıracaq. Təhlükəsizlik məsələlərinə 6 min polis cəlb olunacaq.


Tehsil-press.az

Oxşar xəbərlər