ADU-da “Cavid hikməti: seçmə aforizmlər”adlı kitabın təqdimatı keçirilib

ADU-da “Cavid hikməti: seçmə aforizmlər”adlı kitabın təqdimatı keçirilib zərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun elmi katibi, SABAH qruplarının müəllimi, dosent Əzizağa Nəcəfzadə, AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları Nigar Babaxanova və Fəridə Əliyeva, ADU SABAH mərkəzinin rəhbəri Gülnar Dadaşzadə, eyni zamanda universitet tələbələri iştirak ediblər. Öncə tədbir iştirakçılarını salamlayan Ə.Nəcəfzadə Hüseyn Cavidin zəngin və bənzərsiz yaradıcılıq irsi haqqında ətraflı söhbət açıb. O cümlədən, onun fəlsəfi lirikanın təkrarsız nümunələri, mənzum faciələri, tarixi dramları ilə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaratdığını vurğulayıb.
Öz növbəsində AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlov ədibin yaradıcılığının Şərqin estetik fikir tarixi və dünya romantik ənənələri ilə bağlı olduğundan bəhs edib. H.Cavidin lirikasında bəşərin problemlərinin humanizm mövqeyindən işıqlandırıldığını söyləyən N.Mürsəlov onun əsərlərinin Azərbaycan xalqının milli sərvəti olduğunu söyləyib.
Daha sonra universitetin SABAH qruplarında təhsil alan tələbələr H.Cavidin müəllifi olduğu əsərlərdən nümunələr səsləndiriblər.
Sonda ADU SABAH mərkəzinin rəhbəri G. Dadaşzadə“Cavid hikməti: seçmə aforizmlər” adlı kitabı ingilis dilinə tərcümə edən AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları Nigar Babaxanova və Fəridə Əliyevaya dərin minnətdarlığını bildirib, həmçinin tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Cavid hikməti: seçmə aforizmlər”adlı kitabın təqdimatı keçirilib

ADU-da “Cavid hikməti: seçmə aforizmlər”adlı kitabın təqdimatı keçirilib

Oxşar xəbərlər