BDU-nun Fəxri professoru Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilib

BDU-nun Fəxri professoru Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilib Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin Fəxri professoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezidentin fəxri təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasının 85 illik yubileyi münasibəti ilə görüş keçirilib. Görüşdə professor Abuzər Xələfovun həyat və elmi -pedoqoji fəaliyyəti barədə Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Azad Qurbanov məruzə ilə çıxış edib. Dosent E.Əhmədov, dosent N.İsmayılov, dosent K. Aslan, dosent R.Süleymanovun çıxışından sonra Kitabxanaçılıq-informasiya fakültəsinin özfəliyyət dərnəyi üzvlərinin ifasında yubilyara həsr olunmuş şeir və musiqi nömrələri dinlənilib. Sonda yubilyar -professor Abuzər Xələfov çıxış edərək görüş üçün Gənclər Kitabxanasının kollektivinə, ona göstərilən diqqətə görə Respublika Prezidentinə, BDU-nun rektoru, akademik Abel Məhərrəmova, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanlığına təşəkkürünü bildirib və tədbirdə iştirak edən gənclərə dövlətimizə sədaqətli olmağı, müstəqilliyimizi qorumağı, öz sənətində peşəkar olmağı tövsiyə edib.

Mətbuat və informasiya şöbəsi


BDU-nun Fəxri professoru Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilibBDU-nun Fəxri professoru Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilibBDU-nun Fəxri professoru Abuzər Xələfovun 85 illik yubileyi qeyd edilib

Oxşar xəbərlər