Noyabrın 9-10-da Parisdə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun sədrliyi ilə Sosial Biznes Akademiyasının konfransı keçirilib.
30-dan çox ölkədən (ABŞ, İngiltərə, Yaponiya, Çin, İspaniya, Hindistan, Rusiya, Fransa, Almaniya, Banqladeş, Malayziya, Azərbaycan, İtaliya və.s) 300-dən çox nümayəndənin qatıldığı konfransda Nobel mükafati laureatı M.Yunusun dəvəti ilə UNEC-in rektoru, professor Ədalət Muradov da iştirak edib.
Konfransda sosial biznesin müxtəlif aspektləri, o cümlədən özəllikləri, üstünlükləri, ənənəvi biznesdən fərqləri, təşkilinin xüsusiyyətləri müzakirə edilib. Kaliforniya (ABŞ), La Trobe (Avstraliya), Renmin (Çin), Kyuşu (Yaponiya), UNEC (Azərbaycan), Technology Petronaş (Malayziya), Kasertsard (Tailand) universitetlərində, Beyker (ABŞ), Kings Kolleclərində, Oksford Maliyyə və Sosial Biznes Məktəbində (Böyük Britaniya), EADA Biznes Məktəbində (İspaniya) yaradılan Sosial Biznes Mərkəzlərinin fəaliyyəti barədə geniş məlumat təqdim edilib.
Konfransda çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov İqtisad Universiteti haqqında ətraflı məlumat verib. UNEC-də yeni yaradılan Sosial Biznes Mərkəzinin gələcək fəaliyyət planı barədə təkliflər irəli sürüb. M.Yunus UNEC-də sosial biznes kitabxanasının yaradılması, digər ölkələrdə fəaliyyət göstərən Sosial Biznes Mərkəzləri ilə birgə konsorsium yaratmaqla tədqiqatlar aparmaq və birlikdə layihələr reallaşdırmaq təkliflərini yüksək qiymətləndirib.
Daha sonra UNEC-in rektoru, professor Ədalət Muradov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin M.Yunus ilə görüşü baş tutub.
Görüşdə Ə.Muradov UNEC-də sosial bizneslə bağlı tədqiqatların M.Yunusun rəhbərlik etdiyi Yunus Sosial Biznes Mərkəzi ilə birgə reallaşdırılmasının faydalı olacağını bildirib. Eləcə də, M.Yunusun UNEC-in bir neçə doktorantına elmi rəhbərlik etməsi təklif olunub. Eyni zamanda, M.Yunusun UNEC-də ingilis dilində nəşr olunan “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının fəxri redaktoru olması müzakirə edilib. Həmçinin Nobel Mukafati laureatinın həmin jurnala məqalə təqdim etməsi təklifi irəli sürülüb. Professor M.Yunus təklifi müsbət qarşılayaraq, ən qısa zamanda jurnala məqalə təqdim edəcəyini bildirib.

UNEC-in Mətbuat Xidməti