Universitetdə “Oil and industry” jurnalının təqdimatı olub

Universitetdə “Oil and industry” jurnalının təqdimatı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Oil and industry” jurnalının təqdimatı olub.
Müvafiq qurumların nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin iştirak etdikləri təqdimat mərasimində universitetin rektoru, professor Mustafa Babanlı ADNSU-nun fəaliyyəti, ali məktəbdə qazanılan uğurlardan danışıb. Rektor universitetdə təhsilin inkişafı istiqamətində səmərəli tədbirlərin reallaşdırıldığını da diqqətə çatdırıb.
Eyni zamanda, ADNSU-nun mətbu orqanı olan “Oil and industry” jurnalı barədə məlumat verilib.
Qeyd olunub ki, jurnal 2016-cı ilin oktyabr ayından nəşr olunmağa başlayıb. Ayda bir dəfə nəşr edilən jurnal Azərbaycan və ingilis dillərində çap olunur. Jurnalda universitet və tələbə həyatı haqqında məqalələrlə yanaşı, Azərbaycanda və dünyada neft, sənaye, iqtisadiyyat sahəsindəki mühüm xəbərlər, müsahibələr və digər janrlarda materiallar verilir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ADNSU-nun təhsilimizə verdiyi töhfələrdən bəhs edib.
Müasir dünyada kütləvi informasiya vasitələrinin (KİV) mühüm rolunu qeyd edən M. İbrahimqızı “Oil and industry” jurnalının əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkəmizdə təhsilə xüsusi önəm verildiyini vurğulayıb.
Cəmiyyətdə KİV-lərin rolundan danışan Ə.Amaşov respublikamızda azad, demokratik mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb, “Oil and industry” jurnalının əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

ADNSU-nun Mətbuat Xidməti


Universitetdə “Oil and industry” jurnalının təqdimatı olub
Universitetdə “Oil and industry” jurnalının təqdimatı olub
Universitetdə “Oil and industry” jurnalının təqdimatı olub
Universitetdə “Oil and industry” jurnalının təqdimatı olub

Oxşar xəbərlər