Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
İclasın gündəliyində DİM-in saytının strukturunun müzakirəsi, “Abituriyent” jurnalının xüsusi buraxılışının təqdimatı, ləğvetmə komissiyasının iş planı və digər cari məsələlər yer alıb.
Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun saytı barədə məlumat verib. Qeyd edilib ki, saytın strukturu TQDK-nın və DQMK-nın saytlarının strukturundan fərqli qurulub, onun geniş istifadəçi auditoriyası üçün (məktəblidən başlayaraq dövlət qulluğuna işə qəbul olunmaq istəyən namizədədək) nəzərdə tutulub. Sayt TQDK-nın mütəxəssisləri tərəfindən işlənib hazırlanıb.
M.Abbaszadə “Abituriyent” jurnalının bu yaxınlarda işıq üzü görmüş xüsusi buraxılışının ümumi (9 illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modelinə həsr olunduğunu deyib. Bildirilib ki, əhalinin xüsusi marağına səbəb olan yeni qaydalar hüquqi prosedurlardan keçmədiyinə görə model şəklində verilib. Bundan başqa jurnalda fənlər üzrə altstandartlar, proqramlar, test tapşırığı nümunələri və cavab vərəqi nümunələri də verilib. İmtahanda istifadə olunacaq altstandartlar seçilərkən 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri nəzərə alınıb. Belə ki, şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi altstandartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılıb.
Sonra iclas iştirakçılarının nəzərinə cari il noyabrın 10-da yaradılmış ləğvetmə komissiyasının iş planı təqdim edilib. Komissiyanın fəaliyyəti dövründə ləğv edilən TQDK və DQMK-nın vəzifə və funksiyalarının yerinə yetirilməsinin və cari işlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Ləğvetmə komissiyasının işinin təşkili üçün həyata keçirilməli tədbirlər və ona həvalə olunan vəzifələr bərədə, həmçinin bununla əlaqədar ləğvetmə komissiyası üzvləri arasında vəzifə bölgüsü aparılmasının vacibliyi bildirilib.
İclas zamanı müzakirə olunan hər məsələyə dair şura üzvlərinin rəy və təklifləri dinlənilib.
TQDK-nın Mətbuat Xidməti