
Qəbulda Abşeron, Sumqayıt, Xızı şəhər və rayonlarının sakinləri, bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul dekabrın 9-da saat 11.00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) xahiş olunur.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
TQDK-nın Mətbuat Xidməti