Tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlandı. Mərkəzin direktoru Lümunət Kərimova tədbiri açıq elan edib tədbir iştirakçılarını salamladı. Aparıcılar Mərkəzin fəaliyyəti barədə qısa məlumat verdikdən sonra Lümunət xanım tədbirdə iştirak edən qonaqlara Mərkəzimizin kollektivi adından təşəkkür etdi, bu məqama yüksələnədək keçilən yola nəzər saldı, qazanılan uğurlardan danışdı: “Mərkəzimiz bugünkü mövqeyinə böyük əmək sərf edərək yüksəlmişdir. Onun müasir standartlara cavab verən maddi-texniki bazası, lisenziyalara malik olması, yeniliklərə dinamik şəkildə qoşulması, hər il daha böyük uğurlara imza atması ilə nəticələnir. Mərkəzimiz respublikamızda tədrisin Azərbaycan, rus və ingilis dillərində aparıldığı ilk təhsil müəssisəsidir”.
Lümunət xanım təhsilini xarici ölkələrin nüfuzlu ali məktəblərində davam etdirmək istəyən 10-11-ci sinif şagirdləri üçün də ingilis dilində Beynəlxalq Bakalavriat Diplom Proqramı (“İB DP”) üzrə dərslər keçirildiyini bildirdi. Kiber sistemin − SMLS sisteminin tətbiqinin də tədrisin keyfiyyətinin artırılması istiqamətində atılan uğurlu addımlardan biri olduğunu vurğuladı. Şagirdlərin elmlə bərabər, yaradıcılıq sahəsində də istedadlarını nümayiş etdirib uğur qazandığını, bütün uğurlarda müəllim və valideynlərin böyük rolu olduğunu qeyd etdi, onlara fədakar əməyinə, Mərkəzin təsisçisinə isə diqqət və qayğısına, yaradılan şəraitə görə təşəkkürünü bildirdi: “ Şagirdlərinə ürəkdən bağlı olan müəllimlərimiz onlara daim sevgi və diqqətlə yanaşır. Düşünürəm ki, uğurlarımız yalnız Mərkəzimizin deyil, ümumilikdə, təhsilimizin, mədəniyyətimizin, Azərbaycanımızın qələbəsidir. Mərkəzimiz əbəs yerə özündə əsrimizin adını yaşatmır. Məqsədimiz nəinki 15 ilin, bundan sonra hələ uzun illərin ən qabaqcıl təhsil müəssisələrindən biri olmaq və ən nəhayət, əsrimizin ən mükəmməl tədris mərkəzi adını doğrultmaq olacaq”.
Mərkəzin təsisçisi A. Qaraşov da çıxışında tədbir iştirakçılarını salamlayıb ulu öndər H. Əliyevin, onun ideologiyasının daşıyıcısı olan dövlət başçısı İ Əliyevin təhsilə qayğısı, təhsilin insan həyatındakı əhəmiyyəti məsələlərinə diqqət yönəltdi, pedaqoji kollektivə , valideynlərə təşəkkür etdi, onların şagirdlərin uğurlu gələcəyi naminə gördükləri işləri yüksək qiymətləndirdi, təbriklərini, ən xoş arzularını bildirdi.
Sonra Mərkəzin fəaliyyətini əks etdirən videoçarx təqdim edildi, 15 ildə keçilən yola nəzər salındı. Tədris prosesi, intellektual yarışlar, dərsdənkənar məşğələlər, kitabxana və laboratoriyadakı fəaliyyət, müxtəlif sənət və idman növləri ilə əlaqədar keçirilən yarışlar, ekskursiya və tədbirlərdən görüntülər təqdim edildi. Mərkəzin hər 3 bölməsinin şagirdləri qonaqlara gözəl bayram proqramı təqdim etdilər.

TEHSIL-PRESS.AZ
INFORMASIYA AGENTLIYI
INFORMASIYA AGENTLIYI