“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri müəyyənləşib

“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri müəyyənləşib “Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionat” layihəsinin final oyunu keçirilib.
Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubunun (AİOK) təşkilatçılığı ilə keçirilən layihənin seçim turlarında paytaxtımızın dörd rayonunun məktəblərindən ümumilikdə 100 şagird iştirak edib.
“Parlaq Zəka” intellekt şou formatında keçirilən oyunda Xəzər, Suraxanı, Sabunçu və Nizami rayonları üzrə seçim turlarında iyirmi məktəbi təmsil edən şagirdlər tarix, coğrafiya, ümumi dünyagörüşü və məntiqi biliklərə dair sualları cavablandırıblar.
Yarışda Nizami rayonundakı 229 nömrəli tam orta məktəbin komandası üçüncü, Sabunçu rayonu 67 nömrəli tam orta məktəbin komandası ikinci, Suraxanı rayonunu təmsil edən 278 nömrəli tam orta məktəbin komandası isə birinci yerləri tutublar.
Qaliblərə sertifikat, medal və kuboklar təqdim olunub.

BŞTİ-nin Mətbuat Xidməti


“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri müəyyənləşib“Parlaq Zəka” intellektual oyunu üzrə məktəblilərarası çempionatın qalibləri müəyyənləşib

Oxşar xəbərlər