
Görüş İraq Təhsil Nazirliyinin Azərbaycanın bəzi universitetlərinin diplomlarını tanıması ilə bağlı olub.
Thsil-press.az xəbər verir ki, tədbirdə İraqın Bakıdakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli öz ölkəsi ilə Azərbaycanın əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
Fazil Avad əl-Şuveyli Azərbaycanın bir sıra ali təhsil müəssisələrində, o cümlədən Tibb Universitetində, Bakı Dövlət Universitetində, Dövlət Neft və Sənaye Universitetində, Xəzər Universitetində 400-dən çox iraqlı gəncin təhsil aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, həmin gənclərdən təxminən 300-ü ali məktəblərə bu il qəbul olunub.
Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan Fazil Avad əl-Şuveyli iraqlı tələbələrin Azərbaycan universitetlərində təhsili üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Digər çıxış edənlər də Azərbaycanda təhsil alan iraqlı tələbələrə uğurlar arzulayıblar.


Tehsil-press.az