Əczaçılıq müəssisələrinin fəaliyyəti tənzimlənəcək - YENİ TƏLƏBLƏRLƏ

Əczaçılıq müəssisələrinin fəaliyyəti tənzimlənəcək - YENİ TƏLƏBLƏRLƏ Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən əczaçılıq müəssisələrinin yaradılmasını və fəaliyyətini tənzimləyəcək yeni tələblər hazırlanıb.
Bunu Tehsil-press.az-a Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib.
M.Süleymanov bildirib ki, Azərbaycanda əczaçılıq fəaliyyəti “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunları və Səhiyyə Nazirliyinin “Əczaçılıq fəaliyyəti sahəsində normativ sənədlərin təsdiq edilməsi barədə” 2 oktyabr 2006-cı il tarixli, 153 nömrəli əmri ilə tənzimlənir.
Mövcud qaydaların qəbul olunmasından 10 ilə yaxın müddət keçdiyini deyən mərkəz direktoru qeyd edib ki, ötən müddətdə Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı zamanı dərman vasitəsinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi üzərində nəzarət sahəsini tənzimləyən standartlarında yeniliklər baş verib. Bunları nəzərə alaraq əczaçılıq fəaliyyəti sahəsində mövcud normativ sənədlərin təkmilləşdirilməsi zərurəti yaranıb.

Tehsil-press.az

Oxşar xəbərlər