Bakıda Qətərin milli bayramı qeyd edilib

Bakıda Qətərin milli bayramı qeyd edilib Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi dekabrın 13-də rəsmi qəbul təşkil edib.

Tehsil-press.az xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Rəsmi qəbulda çıxış edən Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sai Azərbaycan ilə Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Səfir Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin genişlənməsinə güclü təkan verdiyini söyləyib. Diplomat ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əlamətdar gün münasibətilə Qətər xalqını Azərbaycan xalqı və Prezident İlham Əliyevin adından təbrik edib. Nazir ölkələrimiz arasında əlaqələrin xoş ənənələrə söykəndiyini bildirib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin daha sürətlə inkişafına təkan verdiyini deyib. Azərbaycan-Qətər əlaqələrinin bir çox sahələrdə uğurla inkişaf etdiyini vurğulayan nazir hər iki ölkənin mövqelərinin beynəlxalq təşkilatlarda üst-üstə düşdüyünü söyləyib. “Biz Qətərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. Əlaqələrin inkişafı üçün daha da böyük imkan var”, - deyə Kəmaləddin Heydərov qeyd edib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bakıda Qətərin milli bayramı qeyd edilibBakıda Qətərin milli bayramı qeyd edilib

Tehsil-press.az

Oxşar xəbərlər