Bakı Dövlət Universitetinin dosenti Türkiyədə mükafatlandırılıb

Bakı Dövlət Universitetinin dosenti Türkiyədə mükafatlandırılıb Bakı Dövlət Universitetinin (BDU) dosenti Qəmər Mürşüdlü Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyası Təhsil və Sosial Elmlər Konqresində iştirak edib.
Tədbirdə Q.Mürşüdlünün “Avropa ali təhsil məkanına inteqrasiyanın Azərbaycan təcrübəsi: reallıqlar, perspektivlər” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycanlı alim elmi fəaliyyəti ilə “Türk Akademik Həyatına” verdiyi töhfələrə görə UAESEB idarə heyəti tərəfindən “Türk Bilim Dünyası” ödülü ilə mükafatlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər