
Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Əsəd Cahangir görüşün əhəmiyyətindən danışaraq belə bir tədbirə ev sahibliyi etdiyinə və təşkilatçılığa görə Azərbaycan Dillər Universitetinə, həmçinin iştirak edən qonaqlara təşəkkürünü bildirdi.
Filologiya və jurnalistika fakültəsinin IV kurs tələbəsi Kamran Abbaszadə sədrlik etdiyi Yazarlar klubu haqqında məlumat verdi. Bundan sonra Yazarlar klubunun üzvləri öz şeirləri ilə çıxış edərək Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbəri Halisə Təkbaş tərəfindən diplom və sertifikatlarla təltif olundular.
Qeyd edək ki, tədbirdə Yazarlar klubunun sədri Kamran Abbaszadə Çukurova Ədəbiyyatçılar Dərnəyinə üzv seçildi.
ADU-nun Mətbuat Xidməti