UNEC ilə Siegen Universitetinin birgə layihəsi uğurla davam etdirilir

UNEC ilə Siegen Universitetinin birgə layihəsi uğurla davam etdirilir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Almaniyanın Siegen Universitetinin birgə hazırladığı “EE-KEY-AZ. Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması məşğulluğun əsas amili kimi” layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində bu ali məktəbin Almaniyada səfərdə olan müəllimləri Raqif Qasımov, Anar Hüseynov və Aysel Quliyevanın dissertasiyaları Siegen Universitetinin doktorantlar şurasında müzakirə edilib.
Görüşdə UNEC-in müəllimlərinin dissertasiya planları təqdim edilib, dissertasiyalar ilə əlaqədar Siegen Universitetinin doktorant və magistrlərinin təklif və tövsiyələri dinlənilib.
Qeyd edək ki, magistr və doktorantura tələblərindən təşkil edilən Siegen Universitetinin doktorantlar şurası qəbul edilən illik qrafik əsasında ayda bir dəfədən az olmayaraq görüşlər keçirir. Görüşlərdən öncə şura sədri və onun köməkçisi üzvlərdən dissertasiyanın istiqamətini, mövzusunu, metodologiyasını və aktuallığını əhatə edən təqdimatların hazırlanmasını tələb edirlər. Görüşdə təqdimatlar müzakirə olunur, dissertasiya ilə əlaqədar növbəti dövr üçün tələblər müəyyənləşdirilir.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər