Təyyarəni qaçıran Qəzzafinin tərəfdarıdır, əlində qumbara var

Təyyarəni qaçıran Qəzzafinin tərəfdarıdır, əlində qumbara var Tehsil-press.az xəbər verir ki, Liviyadan sərnişin təyyarəsini qaçırıb Maltada yerə endirən əvvəl təxmin edildiyi kimi iki nəfər deyil, bir nəfərdir. Təyyarənin göyərtəsində cəmi 111 sərnişin və 7 heyət üzvü var.

Təyyarəni qaçıran Qəzzafinin tərəfdarıdır, əlində qumbara var

Təyyarəni qaçıran şəxs özünü keçmiş Liviya diktatoru Muammer Qəzzafinin tərəfdarı adlandırıb və bildirib ki, əlində qumbara var. O, bildirir ki, əgər tələbləri yerinə yetirilsə bütün sərnişinlərin ekipaj üzvləri istisna olmaqla təyyarəni tərk etməsinə icazə verəcək. Lakin hazırda terrorçunun tələbinin nədən ibarət olduğu məlum deyil.
Malta DİN-i aeroportdan bütün uçuşların təxirə salındığını, terrorçunun girov götürdüyü sərnişinlərə təbii yardım və ərzaq çatdırılması üçün danışıqlar getdiyini bildirib.
* * *15:22
Tehsil-press.az Malta agentliklərinə istinadən xəbər verir ki, terrorçular tərəfindən qaçırıldığı bildirilən sərnişin təyyarəsi Malta beynəlxalq aeroportuna yerə enib. Bu ölkənin Daxili İşlər Nazirliyi aeroporta təcili olaraq təhlükəsizlik qüvvələrinin və təcili yardım briqadalarının göndərildiyini açıqlayıb. Bildirilir ki, təyyarə Liviyanın Seba şəhərindən yerli vaxtla saat 10.10-da havaya qalxıb və Tripoliyə doğru istiqamət götürüb. Lakin terrorçular ekipajdan təyyarənin kursunu dəyişməyi tələb ediblər.

Təyyarəni qaçıran Qəzzafinin tərəfdarıdır, əlində qumbara var

Xəbərə görə Maltanın xüsusi təyinatlı bölmələri aeroporta yeridilib, o cümlədən “C” antiterror bölməsi təyyarəni mühasirəyə alıb. Aeroportdan bir neçə reys təxirə salınıb. Daxili İşlər Nazirliyinin baş direktoru Alan Borq təyyarədəki sərnişinlərin azad olunması üçün əməliyyat keçirilməsinin hökumətin səlahiyyətində olduğunu açıqlayıb.

Təyyarəni qaçıran Qəzzafinin tərəfdarıdır, əlində qumbara var

* * *15:03
Bu dəqiqələrdə yayılan xəbərə görə Liviyanın Afriqiyah Airways şirkətinə məxsus sərnişin təyyarəsi terrorçular tərəfindən qaçırılıb.
Reuters-in məlumatına görə təyyarə Maltada yerə enib. İki sərnişin təyyarəni partlatmaqla hədələyir. Təyyarənin göyərtəsində 118 sərnişin var. Terrorçuların tələbləri məlum deyil.
Maltanın baş naziri Cozef Muskat özünün Tvitter bloqunda yazıb ki, terrorçular A320 sərnişin təyyyarəsinin onun ölkəsində yerə endirilməsini tələb ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər