Tu-154 təyyarəsinin qəzaya uğradığı yerdə daha iki meyit tapılıb

Tu-154 təyyarəsinin qəzaya uğradığı yerdə daha iki meyit tapılıb Ötən gün Qara Dənizdə Rusiyaya məxsus Tu-154 təyyarəsi qəzaya uğradığı yerdə xilasediclər daha iki meyit tapıblar.

Tehsil-press.az xəbər verir ki, meyitləri daşıyan təyyarə artıq Moskvaya çatıb, burada genetik ekspertiza keçiriləcək.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, təyyarənin qalıqları sahildən 1700 metr dərinlikdə aşkarlanıb. Təyyarənin "qara qutusu" tapılmayıb.
Qeyd edək ki, dünən Suriyadan Moskvaya uçan təyyarədə 92 sərnişin olub. Onlardan 64-ü Aleksandrov ansamblının artistləri, 9-u telejurnalistdir. Qəzaya uğrayanlardan 13-nün meyiti tapılıb.

Tehsil-press.az

Oxşar xəbərlər