
Sonra Türkologiya kafedrasının profesoru Elbrus Əziziov çıxış edərək qurultayda türk dillərinin tarixi və inkişaf mərhələlərindən bəhs edib. Professor Cəlil Nağıyev türkoloji qurultayın pərdəarxası məqamlarından danışıb, mühüm məsələlərə toxunub.
Daha sonra çıxış edənlər: dos. Rəhilə Quliyeva I Türkoloji qurultayda orfoqrafiya məsələlərindən, dos. Məhbubə Qurbanova qurultayın türkologiya tarixindəki rolundan, Pərvin Eyvazov prof. B.Çobanzadənin fəaliyyətindən, Ramil Bayramov terminlologiya məsələrindən danışaraq bu mötəbər və tarixi hadisənin mahiyyətindən, dünya türkologiyasına verdiyi töhfələrdən bəhs etmişlər.
Plenardan sonra konfrans öz işini “Dilçilik” və “Ədəbiyyatşünaslıq” bölmələri üzrə davam etdirib.
Mətbuat və İnformasiya şöbəsi


