Professor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Professor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Bakı Dövlət Universitetində Hüquq fakültəsinin təşkilatçılığı ilə Azərbaycanda hüquq elminin inkişafında, ixtisaslı hüquqşünas kadrların yetişdirilməsində mühüm rol oynamış görkəmli alim, professor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq Əziz Əsədovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin bəzi məqamlarına diqqət çəkib. Bildirib ki, 1949-cu ildən başlayaraq ömrünün və fəaliyyətinin uzun illəri Bakı Dövlət Universiteti ilə bağlı olan Əziz müəllim baş müəllimlikdən kafedra müdiri vəzifəsinədək yüksəlib. Ömrü boyu istər universitetdə, istərsə də digər yerlərdə rəhbər vəzifələr tutan Əziz Əsədov tələbələrini daim oxumağa, öyrənməyə səsləyib, onlara düzgün yol göstərib, elmdə və hüquqşünaslıq fəaliyyətində doğru istiqamət verib. Əziz Əsədovun araşdırmaların nəzəri-metodoloji əhəmiyyətinin həmişə yüksək dəyərləndirildiyini söyləyən rektor qeyd edib ki, bu gün gələcək hüquqşünaslara peşə sirlərini öyrədən müəllimlər, eləcə də universitet auditoriyasında dərs alan tələbələr Əziz müəllimin elmi məqalələri, monoqrafiya, dərslik və dərs vəsaitlərindən bəhrələnirlər.
Sonra Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin məruzəsi dinlənilib. Professor bildirib ki, 1949-1950-ci illərdə Mülki hüquq kafedrasında baş müəllim, 1951-1972-ci illərdə dosent vəzifəsində çalışan Əziz Əsədov 1954-1968-ci və 1973-1990-cı illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib. Sonradan isə fəaliyyətini professor kimi davam etdirib. Əmir Əliyev, eyni zamanda, professor Əziz Əsədovun tələbələrinə münasibətindən, tələbkarlığından, tədqiqat işlərindən, ictimai faliyyətindən də bəhs edib.
Sonra Hüquq fakültəsinin kafedra müdirləri, professor Firudin Səməndərov, Məhəbbət Dəmirçiyeva, o cümlədən dosent Bağır Əsədov, İbrahim Vəliyev və digərlərinin çıxışları dinlənilib. Qeyd edilib ki, dünyasını dəyişdiyi vaxtdan 25 il keçməsinə baxmayaraq, Əziz müəllimin xatirəsi həm onu tanıyanlar, həm də gənc nəsil tərəfindən əziz tutulur.

Mətbuat və İnformasiya şöbəsi


Professor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilibProfessor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilibProfessor Əziz Əsədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər