Bu il dövlət hesabına 1000-dək xəstə üzərində açıq və qapalı ürək əməliyyatları icra olunub

Bu il dövlət hesabına 1000-dək xəstə üzərində açıq və qapalı ürək əməliyyatları icra olunub Son 2 il ərzində Səhiyyə Nazirliyi nəzdində “Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.
Tehsil-press.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Şöbə müdiri bildirib ki, yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstə üzərində 865 acıq, 91 qapalı ürək əməliyyatı icra olunub. Eyni zamanda, 265 uşaq üzərində 219 acıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı aparılıb. Bunlardan 104-ü bir yaşa qədər, ən kiçiyi isə ikiaylıq olub.
İclasda, həmçinin il ərzində Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatının aparıldığı da qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər