Dağlıq Qarabağ münaqişənin humanitar aspektləri Avropa Şurasını (AŞ) narahat edir və Ermənistanı dərhal Azərbaycan hərbçisinin meyitini qaytarmağa çağırır.
Tehsil-press.az AŞ-nin saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın bəyanatında deyilir.
T.Yaqland qeyb edib: "Mən bilirəm ki, ötən il dekabrın 29-da atəşkəs rejiminin pozulması insan tələfatı ilə nəticələnib, həmçinin erməni silahlı qüvvələrinin həlak olan azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri təkidlə atəşkəs rejiminə hörmət etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə Həştərxanda yüksək səviyyəli görüşdə əldə olunmuş razılaşmalara uyğun olaraq, ATƏT-in Minsk qrupunun həmsədrlərinin meyitlərin gecikdirilmədən, dərhal qaytarılmasına dair çağırışları tamamilə dəstəkləyirəm".
Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.
Tehsil-press.az