TARİXDƏ BU GÜN - 21 YANVAR

TARİXDƏ BU GÜN - 21 YANVAR 1990-cı il. Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində mətbuat konfransı keçirərək sovet ordusunun Bakıda törətdiyi 20 Yanvar qırğınını pisləyən bəyanat verib. Sovet İttifaqının rəhbərliyində yüksək vəzifələrdən istefa verdikdən sonra təqiblərə məruz qalan və həmin dövrdə Moskvada xəstəxanada müalicə olunan Heydər Əliyev bu ağır günlərdə xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.
TARİXDƏ BU GÜN - 21 YANVAR
1924-cü il. Azərbaycanın görkəmli bəstəkarı Şəfiqə Axundova anadan olub (1924-2013). "Gəlin qayası" operasının (1972) müəllifi olan Şəfiqə Axundova tarixə Şərqin ilk opera yazan qadın bəstəkarı kimi düşüb. O, həm də bir sıra gözəl mahnıların, simli kvartet üçün pyeslərin müəllifidir.
TARİXDƏ BU GÜN - 21 YANVAR
1999-cu il. Görkəmli bəstəkar, Xalq Artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərov vəfat edib (1922-1999). Şuşada doğulan S.Ələsgərоv 11 operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının və digər əsərlərin müəllifidir. Bəstəkarın “Ulduz” musiqili komediyası 11 dilə tərcümə edilib və ekranlaşdırılib.
TARİXDƏ BU GÜN - 21 YANVAR
2008–ci il. Azərbaycan opera səhnəsinin görkəmli nümayəndəsi Lütfiyar İmanov vəfat edib (1929-2008). 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və digər klassik opera əsərlərində rol alıb.
TARİXDƏ BU GÜN - 21 YANVAR
1950–ci il. Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun doğum günü (1950-2016). Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulan Z.Yaqub 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci ildə Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib və ömrünün sonunadək bu vəzifədə çalışıb. Şeirlərinə onlarla mahnı bəstələnib.

Tehsil-press.az

Oxşar xəbərlər