Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bayramlar qeyd olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bayramlar qeyd olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı cəmiyyətin inkişafında təhsilin mühüm rolundan, universitetdə qazanılan uğurlardan danışıb.
Rektor əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Sonra Rəsmi Azərbaycan Regional Şən və Hazırcavablar Klubunun liqasında birincilik qazanmış ADNSU-nun “Azneft” Şən və Hazırcavablar Klubu üzvlərinə mükafatlar təqdim olunub.
ADNSU-nun “Gənclik” mahnı və rəqs ansanblı, tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər