İtaliyada hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı artıb

İtaliyada hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı artıb İtaliyanın Abrutso vilayətində "Rigopiano" hotelinin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Trehsil-press.az-ın verdiyi məlumata görə, itkin düşənlər siyahısında olanların hamısının cəsədi tapılıb.
Beləliklə, axtarış əməliyyatları başa çatıb. Qeyd edək ki, yanvarın 18-də Abrutso vilayətinin Farindola qəsəbəsinin yaxınlığında Qran-Sasso dağ massivində qar uçqunu baş verib. 40 nəfərin qaldığı "Rigopiano" hoteli qar uçqununun altında qalıb.

Tehsil-press.az

Oxşar xəbərlər