Tramp İŞİD-in üzərinə artilleriya göndərir

Tramp İŞİD-in üzərinə artilleriya göndərir Ağ Ev Suriya və İraqda İŞİD-ə qarşı mübarizədə döyüş helikopterləri və artilleriyadan istifadə edə bilər.

Tehsil-press.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Qəzetin məlumatına görə, hazırda Suriyanın şimalında İŞİD-ə qarşı döyüşən yerli dəstələr ABŞ-ın başçılıq etdiyi koalisiyadan yalnız hava dəstəyi görür.
Ancaq hələ seçkiöncəsi kampaniyasında Donald Tramp bəyan etmişdi ki, İŞİD-in məhv edilməsi üçün "gizli plan" var.
Məlumata görə, Tramp hərbi eskpertlərə terrorçularla mübarizədə yeni plan hazırlamaq üçün 30 gün vaxt verib.

Tehsil-press.az

Oxşar xəbərlər