Türkiyənin tanınmış şairi Mehmet Nuri Parmaksız BDU-da

Türkiyənin tanınmış şairi Mehmet Nuri Parmaksız BDU-da Türkiyənin “Elm və Ədəbiyyat Əsəri Sahibləri” İctimai Birliyinin (İLESAM) sədri, şair Mehmet Nuri Parmaksız Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olub.
Görüşdə fakültənin dekanı Elçin Məmmədov Azərbaycan ilə Türkiyə əlaqələrinin əhəmiyyətindən danışıb, İLESAM-ın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Şairin həyat və yaradıcılığından bəhs edən videoslayd göstərilib.
Mehmet Nuri iki qardaş ölkə arasında mədəni, ədəbi əlaqələrin daha da genişləndirilməsinin, elm, sənət adamlarının irsinin qarşılıqlı şəkildə təbliğ edilməsinin vacibliyini vurğulayıb, İLESAM-ın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, Bakı Dövlət Universiteti ilə də bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb.
Sonra qonaq şeirlərini oxuyub, sualları cavablandırıb.

BDU-nun Mətbuat Xidməti


Türkiyənin tanınmış şairi Mehmet Nuri Parmaksız BDU-da

Oxşar xəbərlər