
Tehsil-press.az xəbər verir ki, müqaviləyə əsasən Rusiya ordusu Qırğızıstanda ən azı 15 il də qalacaq. Beləliklə, Rusiya Qırğızıstanın Kant aerodromundan istifadə edəcək, Edelveys təhsil mərkəzi və digər hərbi obyektlərdə varlığını saxlayacaq. Müqavilədə bu müddətin daha 5 il uzadılması mümkünlüyü də əksini tapıb.
Xatırladaq ki, sözügedən hərbi baza 2003-cü ildən Rusiyanın ixtiyarındadır. Bişkekin 20 kilometrliyində, Çu çayının sahilində yerləşən baza Kant şəhərindədir.
Tehsil-press.az