

1999-cu il. Türk musiqiçisi, rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Manço vəfat edib (1943-1999). B.Manço bəstələdiyi 200-dən çox mahnı, müəllifi olduğu müxtəlif televiziya proqramları ilə bir çox ölkədə, o cümlədən Azərbaycanda da sevilən sənətçilərdən olub.

2004-cü il. Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaşanan izdiham nəticəsində 251 zəvvar ölüb, 244 nəfər isə yaralanıb.

2013-cü il. Londonda Avropa İttifaqı məkanında ən hündür göydələn (309,6 metr) olan "Şard" istifadəyə verilib. İtaliyalı memar Renzo Pianonun layihələndirdiyi 95 mərtəbəli binanın inşası 435 milyon funt sterlinqə başa gəlib.
Tehsil-press.az