Ölkəmizdə turistlərin rahatlığı üçün hazırlıq işləri davam edir

Ölkəmizdə turistlərin rahatlığı üçün hazırlıq işləri davam edir Bakıda keçiriləcək IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və bir sıra sahə ekspertlərinin birgə səyi ilə otellərdə “Halal standartı” adlı layihə hazırlanıb.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Təhsil-press.az-a deyib ki, İslam ölkələrindən gələn turistlərin məmnunluğunu artırmaq məqsədilə önəmli işlər görülür. Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar turistlər üçün otellərdə namaz otaqlarının təşkili və Azərbaycan Turizm Assosiasiyasının nəzdində yaradılan Bakı ekskursiya bürosunda ərəb və fars dillərini öyrənmək üçün ekskursiya bələdçiləri hazırlanır. “Turist axını üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə dair bir sıra təkliflər də irəli sürülür. Turizmin inkişafına hədəflənən daha bir layihə isə “Ticarət festivalları”nın keçirilməsidir. Bununla bağlı işlərə martdan sonra başlanacaq. Mövcud imkanlar və onlardan səmərəli istifadə Azərbaycanı həm region, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevirəcək”, - deyə M.Ağakərimov bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər