Trampın müşavirlərindən kəşfiyyata təəccüblü sorğu: “Polşanın Belarusa müdaxilə planı...”

Trampın müşavirlərindən kəşfiyyata təəccüblü sorğu: “Polşanın Belarusa müdaxilə planı...” ABŞ –da Donald Tramp administrasiyasının ilk addımları bu ölkənin xüsusi xidmət orqanlarında anlaşılmazlıq və narahatlıq doğurur.

Təhsil-press.az xəbər verir ki, “Assosiated press” agentliyi bu haqda kəşfiyyatdakı mənbələrə istinadən bildirir. Məlumata görə Trampın müşavirlərindən kəşfiyyata daxil olan sorğular onların dövlət işlərindən nə qədər uzaq olduqlarına dəlalət edir.
Trampın müşavirlərindən kəşfiyyata daxil olan sorğulardan birində soruşulur ki, Vaşinqton Moskva ilə münasibətləri necə qaydaya sala və Tramp Putindən nə əldə edə bilər. Habelə mənbə deyib ki, Trampın müşavirləri “Polşanın Belarusa hərbi müdaxilə planı” haqda arayış hazırlayıb təqdim etməyi istəyiblər. Hansı ki, kəşfiyyatda bu barədə ilk dəfədir eşidirlər və indiyədək Polşanın Belarusa hərbi müdaxilə planı hazırladığı haqda heç bir dəlil-sübut görən olmayıb. Hansı ki, Polşa Trampın Putinlə dostlaşmaq planlarından ən çox narahat olan Şərqi Avropa ölkələrindən biridir.

Təhsil-press.az

Oxşar xəbərlər