Beynəlxalq Bankın reytinqi aşağı salındı

Beynəlxalq Bankın reytinqi aşağı salındı “Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının kredit reytinqlərini kəskin aşağı salıb. Qeyd edək ki, ABB-nın reytinqi praktiki olaraq bütün parametrlər üzrə endirilib.
Belə ki, xarici valyutada depozitlər üzrə reytinq Ba3 (spekulyativ əlamətləri olan riskli öhdəliklər) səviyyəsindən B1-ə (yüksək səviyyədə spekulyativ) qədər enib.
Eynilə, prioritet təmin olunmamış borc üzrə reytinq Ba3-dən B1-ə qədər aşağı düşüb. Qısamüddətli depozitlər üzrə reytinq isə Not-Prime (bu reytinq sistemində ən aşağı səviyyə) səviyyəsində təsdiqlənib.

Beynəlxalq Bankın reytinqi aşağı salındı

Uzunmüddətli depozitlər və təmin olunmamış reytinqlər üzrə proqnoz mənfidir. Moody's qeyd edir ki, ABB-nin reytinqinin aşağı düşməsi onun muxtar maliyyə vəziyyətinin zəifliyini əks etdirir.
Agentlikdə bildirirlər ki, hətta sonuncu dəfə 600 milyon manatlıq kapital daxilolmasından sonra belə bankın kapitalının qiymətləndirmə mövqeyi əvvəlkitək mənfidir.
2016-cı ilin sonuna bankın xarici borcalmalarının ümumi həcmi 2,1 milyard dollar səviyyəsindədir.
Moody's agentliyinin hesabatında bildirilir ki, ABB-nin pis aktivlərinin “Aqrarkredit” maliyyə təşkilatına ötürülməsinə baxmayaraq, bank hələ də hökumətin dəstəyinə ehtiyac duyur.

Təhsil-press.az

Oxşar xəbərlər