Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Astarada vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Astarada vətəndaşları qəbul edəcək Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 17-də Astara şəhərində vətəndaşları qəbul edəcək.
Saat 12:00-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində (Ünvan: Astara şəhəri, Azərbaycan küçəsi, 26 B) keçiriləcək qəbulda Yardımlı, Cəlilabad, Biləsuvar, Lənkəran, Lerik, Astara və Masallı rayon sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Lənkəran regional bölməsinə şəxsiyyət vəsiqələri ilə (ünvan: Lənkəran ş., H.Aslanov xiyabanı, 52, telefon: (025 25) 5 24 82 ) müraciət etməlidirlər.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Yardımlı, Cəlilabad, Biləsuvar, Lerik, Astara və Masallı rayon təhsil şöbələrinə müraciət edə bilərlər.

Təhsil-press.az

Oxşar xəbərlər