TARİXDƏ BU GÜN - 12 FEVRAL

TARİXDƏ BU GÜN - 12 FEVRAL 2015-ci il. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib. Görüşdə "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
TARİXDƏ BU GÜN - 12 FEVRAL
2009-cu il. Bakıda beynəlxalq avtovağzal kompleksi istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Dördmərtəbəli avtovağzal kompleksində müasir standartlara uyğun şərait yaradılıb.
TARİXDƏ BU GÜN - 12 FEVRAL
1923-cü il. Şair-dramaturq, tərcüməçi, Əməkdar İncəsənət Xadimi İslam Səfərli anadan olub (1923-1974). Müharibə mövzusunda qələmə aldığı poemaları o dövrdə maraqla qarşılanıb. O, dramaturq kimi də böyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" əsərləri əsasında hazırlanan tamaşalar buna misaldır. Şairin sözlərinə "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı" və digər onlarla populyar mahnılar bəstələnib.
TARİXDƏ BU GÜN - 12 FEVRAL
1931-ci il. Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri Səməd bəy Mehmandarov vəfat edib (1855-1931). 1918-ci il dekabrın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri təyin olunan Səməd bəy Mehmandarov qısa müddətdə 30 minlik ordu yaratmağa nail olub, ölkəmizin ərazi bütövlüyünün qorunmasında, hərbi təhlükəsizliyin təminində mühüm tarixi rol oynayıb. Erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə 1920-ci ilin mart ayında qiyam qaldırarkən Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına göndərilən güclü hərbi qüvvə düşməni darmadağın edib.
TARİXDƏ BU GÜN - 12 FEVRAL
1809-cu il. Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkoln anadan olub (1809-1865). 1861-1865-ci illərdə - ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik edib. Avraam Linkoln ABŞ-da quldarlığı ləğv edən prezident kimi tarixə düşüb. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
TARİXDƏ BU GÜN - 12 FEVRAL
1804-cü il. Görkəmli alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən biri İmmanuel Kant vəfat edib (1724-1804). Qərbi Avropada İntibah dövrünün böyük filosoflarından olan İmmanuel Kant fəlsəfədə çevriliş edərək idrakı öz qanunları ilə cərəyan edən fəaliyyət kimi dəyərləndirib. O, dünyanın ən çox öyrənilən 100 şəxsiyyətindən biridir.
TARİXDƏ BU GÜN - 12 FEVRAL
2002-ci il. “İran Air”ə məxsus “Tu-154” təyyarəsi Xürrəmşəhrə enərkən qəzaya uğrayıb. Qəza nəticəsində 119 nəfər həlak olub.

Oxşar xəbərlər