14 fevralda gözlənilən hava şəraiti

14 fevralda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 14-də hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarına gözlənilən zəif qarın səhər tədricən kəsiləcəyi ehtimal olunur.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 14-də bəzi yerlərdə arabir qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Təhsil-press.az

Oxşar xəbərlər